Zaqatalada Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi yaşayış evləri verilib

Zaqatalada Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi yaşayış evləri verilib Rayonda inşa olunan 13 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub
Sosial müdafiə
13 İyun , 2016 16:34
Zaqatalada Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi yaşayış evləri verilib

Bakı. 13 iyun. REPORT.AZ/ Zaqatalada Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi yaşayış evləri verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, nazirliyin sifarişi ilə Zaqatala rayonunda inşa olunan 13 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.

Yeni mənzillə təmin edilən vətəndaşlar sosial cəhətdən həssas qruplardan olan vətəndaşların, habelə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıblar. 

Qeyd edək ki, ötən il 281 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsini mənzillə təmin edən nazirlik bu ilin ötən dövründə bu təbəqələrdən olan 193 nəfər vətəndaşın yeni mənzillə təminatını həyata keçirib. Hazırda respublikanın bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi və çoxmənzilli yaşayış evlərinin inşası, hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilir.

Tədbir iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərdən 5 ədədi Qarabağ müharibəsi əlillərinin, 8 ədədi isə şəhid ailələrinin istifadəsinə verilib.

Son xəbərlər

Orphus sistemi