​Zakir Qaralov vətəndaşların qaldırdığı məsələləri həll etmək üçün prokurorlara göstəriş verib

​Zakir Qaralov vətəndaşların qaldırdığı məsələləri həll etmək üçün prokurorlara göstəriş verib Digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub
Sosial müdafiə
14 Noyabr , 2014 17:40
​Zakir Qaralov vətəndaşların qaldırdığı məsələləri həll etmək üçün prokurorlara göstəriş verib

Bakı. 14 noyabr. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov noyabrın 14-də vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Salyan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Salyan, Hacıqabul, Sabirabad, Saatlı və Masallı rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 11 vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Son xəbərlər

Orphus sistemi