Yuxarı
    Bağlamaq

    Zakir Qaralov vətəndaşları on-line rejimdə qəbul edəcək

    Qəbul üç rayonun əhalisini əhatə edir

    Bakı. 7 may. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov mayın 15-də saat 10:00-da canlı bağlantı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşların Quba rayon prokurorluğunun inzibati binasında videokonfrans rejimində qəbulunu keçirəcək. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Quba şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

    Vətəndaşlar mayın 14-dək yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yalnız prokurorluq orqanlarının səlahiyyətlərinə aid məsələlərlə əlaqədar yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi