Yuxarı
    Bağlamaq

    Zakir Qaralov Gədəbəydə vətəndaşları qəbul edəcək

    Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri iştirak edə bilərlər© Report.az

    Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il iyulun 28-də Gədəbəy rayon prokurorluğunun inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

    Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

    Qəbul saat 10:00-da başlayacaq. 

    Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Gədəbəy şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

    Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi