​“Yol hərəkəti haqqında” qanuna dəyişikliklər təsdiqlənib

​“Yol hərəkəti haqqında” qanuna dəyişikliklər təsdiqlənib Azərbaycan Prezidenti bununla bağlı qanunu və fərmanı imzalayıb
Sosial müdafiə
4 Fevral , 2015 21:01
​“Yol hərəkəti haqqında” qanuna dəyişikliklər təsdiqlənib

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1133-IVQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi, həmin Qanundan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Eyni zamanda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinin II hissəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi” dedikdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin nəzərdə tutulması müəyyənləşdirilib.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043) 2-ci hissəsinin beşinci - on dördüncü abzasları müvafiq olaraq altıncı - on beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda beşinci abzas əlavə edilib:

“həmin Qanunun 83-cü maddəsinin II hissəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur”.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda isə 83-cü maddənin II hissəsində “texniki nəzarətetmə vasitələrinin” sözləri “xüsusi texniki vasitələrin” sözləri ilə əvəz edilib və bu hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır”.

84-cü maddənin 6-1-ci bəndində “mərkəzi məlumat” sözləri “mərkəzi informasiya” sözləri ilə əvəz edilib.

85-1-ci maddənin II hissəsində “texniki nəzarət etmə vasitələrindən” sözləri “xüsusi texniki vasitələrdən” sözləri ilə, X hissəsinin ikinci cümləsində isə “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilib.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda isə 1.1-ci maddənin birinci hissəsi üzrə:

1.1. 6-cı bəndə aşağıdakı məzmunda beşinci abzas əlavə edilib:

“hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir”.

1.2. 50-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 51-ci və 52-ci bəndlər əlavə edilib:

“51) ağırçəkili nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;

52) iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir.”.

2. 4-cü maddənin birinci hissəsinin 6-cı bəndində “mühafizəsinə” sözü “qorunmasına” sözü ilə əvəz edilib.

3. 10-cu maddə üzrə:

3.1. adında “saxlanılması” sözündən sonra “, qorunması” sözü əlavə edilib;

3.2. I hissənin 1-ci bəndinin birinci cümləsinə “saxlanılmalı” sözündən sonra “, qorunmalı” sözü əlavə edilsin və həmin hissənin 4-cü bəndində “servis” sözü “xidmət” sözü ilə əvəz edilib;

3.3. II hissəyə “saxlanılmamasına” sözündən sonra “, qorunmamasına” sözü əlavə edilib;

3.4. V hissəyə “saxlanılmaması” sözündən sonra “, qorunmaması” sözü əlavə edilib.

4. 11-ci maddənin III hissəsindən “(yolların tikintisi və ya çəkilmiş yol üçün ayrılan zolaq)” sözləri çıxarılsın və V hissəsinin 8-ci bəndində “servis” sözü “xidmət” sözü ilə əvəz edilib.

Son xəbərlər

Orphus sistemi