Yuxarı
    Bağlamaq

    Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq

    Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar qeyri-iş günüdür

    Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanda Yeni il bayramında 5 gün qeyri-iş günü olacaq.

    "Report" xəbər verir ki, 2016-cı ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar qeyri-iş günüdür.

    2017-ci ilin yanvarın 1-2-də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.

    Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-də və 4-də də iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab edilir.

    Beləliklə, Yeni il bayramında 5 gün iş olmayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi