Yeni il axşamı və tətilin ilk günlərində bulvara gedənlərin sayı azalıb

Yeni il axşamı və tətilin ilk günlərində bulvara gedənlərin sayı azalıb Nazim Məcidov: "Havanın soyuq keçməsi gəzinti və istirahət üçün Dənizkənarı Milli Parka gələnlərin sayına təsir göstərib"
Sosial müdafiə
3 Yanvar , 2016 12:30
Yeni il axşamı və tətilin ilk günlərində bulvara gedənlərin sayı azalıb

Bakı. 3 yanvar. REPORT.AZ/ "Ötən illərlə müqayisədə Yeni il axşamı və tətilin ilk günlərində Dənizkənarı Milli Parka gələnlərin sayı azalıb",

Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

O qeyd edib ki, havanın soyuq keçməsi gəzinti və istirahət üçün Dənizkənarı Milli Parka gələnlərin sayına təsir göstərib. N.Məcidov bildirib ki, bulvar ərazisindəki əyləncə vasitələrində qiymət artımı yoxdur və insanlara əvvəlki qiymətlərlə xidmət göstərilir. 

Rəis müavini əlavə edib ki, Yeni illə əlaqədar Dənizkənarı Milli Parka bəzədilən şam ağacları yanvarın 5-dək saxlanılacaq. "Şaxta baba" və "Qar qız" həmin tarixədək fəaliyyətdə olacaq. 

Son xəbərlər

Orphus sistemi