"Yaradıcılıq emalatxanası - 2" düşərgəsi keçiriləcək

"Yaradıcılıq emalatxanası - 2" düşərgəsi keçiriləcək Keçirilən müsahibə əsasında 100-dək gəncin namizədliyi qəbul olunub
Sosial müdafiə
10 İyul , 2017 16:40
Yaradıcılıq emalatxanası - 2 düşərgəsi keçiriləcək
Report.az

Bakı. 10 iyul. REPORT.AZ/ Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə iyulun 9-dan başlayaraq Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində istedadlı və yaradıcı gənclərin iştirakı ilə "Yaradıcılıq emalatxanası - 2" düşərgəsi start götürəcək. İyulun 19-dəktarixinədək davam edəcək düşərgəyə təsviri sənət, foto, rəqs (milli və müasir), teatr (aktyor), kino (rejissor, operator, ssenari müəllifi), telejurnalistika kimi sahələrə marağı olan gənclər qatılacaq.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, düşərgənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərin sosial, yaradıcı aktivliyinin və təşəbbüskarlığının artırılması, peşəkəralıq səviyyəsinin yüksəldilməsi, yaradıcı individuallığın və estetik zövqün formalaşdırılması, yaradıcılıq maraqları dairəsinin genişləndirilməsi, özünüinkişafın stimullaşdırılması və asudə vaxtın səmərəli təşkilidir.

İlk, 2016-cı ildə keçirilmiş "Yaradıcılıq emalatxanası" düşərgəsində 100 nəfər gənc iştirak edib, müxtəlif yaradıcılıq sahələri üzrə öz bacarıqlarını sınayıb, yeni biliklər əldə etməklə yanaşı aradıcılıq ideyalarını reallaşdırmaq imkanı qazanıblar.

Bu il də düşərgədə iştirak ilə bağlı Təşkilat Komitəsinə 600-dən çox ərizə daxil olub, keçirilən müsahibə əsasında 100-dək gəncin namizədliyi qəbul olunub.

Qeyd edək ki, düşərgədə yaradıcılıq emalatxanaları, nəzəri və praktiki məşğələlər, yaradıcılıq müsabiqələri, ustad dərsləri, eləcə də gənclər üçün əyləncəli proqramlar - kinoseans, diskoteka, gülüş axşamları, masaüstü oyunlar, intellektual oyunlar, idman oyunları, tonqal ətrafı yaradıcılıq gecələri, konsert proqramları təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi