Bu il 743 min nəfərə müavinət və təqaüd ödənilib

Bu il 743 min nəfərə müavinət və təqaüd ödənilib 2020-ci ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 455,4 min nəfərə sosial müavinət ödənilib. Onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub.&
Sosial müdafiə
1976
8 İyul , 2020 10:17
Bu il 743 min nəfərə müavinət və təqaüd ödənilib
Report
0 : 00
0 : 00

Bu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 455,4 min nəfərə sosial müavinət ödənilib.

ƏƏSMN-dən "Report"a verilən məlumata görə, onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub. 

Qeyd olunub ki, həmin dövrdə Nazirliyin xətti ilə Prezident təqaüdləri ilə təmin olunanların sayı 287,5 min nəfər olub. Yanvar-iyun aylarında ümumilikdə 742,9 min nəfərə sosial müavinət və təqaüd verilib. 

Cari ilin 6 ayında müavinət və təqaüdlər formasında əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çox olmaqla, 475 milyon manat ödənilib.