​Yanvar-aprel aylarında fərdi uçot sistemində 30 minə yaxın əcnəbi qeydə alınıb

​Yanvar-aprel aylarında fərdi uçot sistemində 30 minə yaxın əcnəbi qeydə alınıb Sistemin əhatə etdiyi xarici ölkə vətəndaşları 120-yə yaxın ölkəni təmsil edir
Sosial müdafiə
13 May , 2016 14:09
​Yanvar-aprel aylarında fərdi uçot sistemində 30 minə yaxın əcnəbi qeydə alınıb

Bakı. 13 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan xarici ölkə vətəndaşlarının sayı 2 129 nəfər artaraq 29 994 nəfərə çatıb. 

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, həmin şəxslərdən 89,1 faizi kişilər, digərləri qadınlardır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə sistemdə qeydiyyata alınan əcnəbilərin sayı 990 nəfər çoxalıb.

Hazırda fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilər sırasında Türkiyə, Gürcüstan, Rusiya, Hindistan, İran, Çin, Banqladeş, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Pakistan, Ukrayna, Filippin və s. ölkələrin vətəndaşları daha çoxdur. 

Ümumilikdə sistemin əhatə etdiyi xarici ölkə vətəndaşları 120-yə yaxın ölkəni təmsil edirlər.

Son xəbərlər

Orphus sistemi