Yaddaşı gücləndirmək üçün nə etmək lazmıdr?

Yaddaşı gücləndirmək üçün nə etmək lazmıdr? "Beynin inkişaf etməsi üçün əllə yazmaq vacibdir"
Sosial müdafiə
23 Oktyabr , 2015 12:28
Yaddaşı gücləndirmək üçün nə etmək lazmıdr?

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Beynin inkişaf etməsi üçün daha çox əllə yazmaq uşaqlar üçün olduqca vacibdir".

Bunu "Report"a psixoloq, Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov deyib.

O, bildirib ki, smartfonlardan həddən artıq istifadə nəticəsində insanlarda yaddaş zəifliyi birmənalı olaraq özünü göstərir: "Xüsusilə, uzunmüddətli hafizə pozğunluğu yaranır".

Psixoloqun sözlərinə görə, smartfonlardan istifadə zamanı insanın məqsədyönlü yadda saxlaması da məşq etdirilmir: "Smartfonda telefon nömrələrini saxlayan şəxs ona arxayındır və heç bir telefon nömrəsini yadda saxlamağa çalışmır".

Yaddaşın gücləndirilməsi üçün nələri etməyə gəlincə, A.Kərimov bildirib ki, ilk növbədə insan yaddaşını məşq elətdirməlidir: "İnsan yaddaşı gücləndirmək üçün şeirləri, onu cəlb edən informasiyanı yadda saxlamağa çalışmalı, məşq elətdirməlidir. Beynimizin imkanları genişdir. Biz hər hansı bir sahə üzrə nə qədər çox çalışsaq, beynimiz bu istiqamətdə daha güclü inkişaf edəcək. Daha çox əllə yazmaq uşaqlar üçün olduqca vacibdir. Bu, beyni ikişaf etdirir. Yox əgər ciddi yaddaş pozğunluqları varsa, bu barədə mütləq mütəxəssisə müraciət etmək lazımdır.

Bəzən diqqət zəifliyi üzündən "yaddaşım qalmayıb" sözünü işlədirlər. Əslində, diqqətlə nəzər yetirib, diqqətlə öyrənmədikləri üçün material yaddaşda yaxşı qalmır".

Son xəbərlər

Orphus sistemi