Yuxarı
    Bağlamaq

    Xidmətdə fərqlənən yol polisləri mükafatlandırılıb - SİYAHI

    “Mətbuat polis əməkdaşlarının əməyini işıqlandırmalıdır ki, onlar stimul alsınlar”© Report.az

    Bakı. 5 iyul. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" Azərbaycan Qran-prisində Yol Polisinin fəaliyyəti və 2 İyul - Polis Günü münasibətilə tədbir keçirib.

    “Report”un xəbərinə görə, tədbirdə Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elməddin Muradlı deyib ki, bir çox hallarda vətəndaşlar hüquqlarını bilirlər, amma vəzifələrini bilmirlər: “Onlarla bəzən polis əməkdaşları arasında anlaşılmazlıq yaranır. Bəzi hallarda sürücülər polislərə qarşı şərləmə metodlarından istifadə edir. Polis olmayan yerlərdə özbaşınalıqların sayı daha çox olur. Bəzən polislərin yollarda dayanmaması məsələsini irəli sürürlər. Bu, hələ ki, mümkün deyil. Mən polislərin tərəfini tutmuram, amma bu faktı da deməliyəm. Polislərin də nöqsana yol verənləri olur, nöqsan olursa, cəzası da olur. Hər il şahidi oluruq ki, neçə polis əməkdaşı cəzalandırılır”.

    Çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycanda yol polisinin peşəkarlığı ildən-ilə artır: “Onlar nəinki öz işlərini görürlər, hətta vətəndaşlara kömək də edirlər. Azərbaycan polisi təhlükəsizliyi tam təmin edir. Azərbaycan bir neçə beynəlxalq yarışlara ev sahibliyi edib. Həmin oyunlar zamanı polislər təhlükəsizliyi təmin etdilər, biz ona görə də polislərə minnətdarlığımızı bildiririk”.

    Deputat Flora Qasımova bildirib ki, polislər çətin işlərin öhdəsindən gəlirlər. Onun sözlərinə görə, yol polisləri olmazsa, yol qəzalarının sayı daha da artar. 

    Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, bu cür tədbirlərin keçirilməsi yol polislərinə stimul verir: “Vətəndaşların təhlükəsizliyinin qorunmasında yol polislərinin rolu böyükdür. Onlar çətin şəraitdə olsa da, xidmət aparırlar. Mətbuat polis əməkdaşlarının əməyini işıqlandırmalıdır ki, onlar stimul alsınlar”.

    Yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, polis orqanlarında xidmət keçmək asan deyil, çətinlikləri çoxdur. O, bu sahə ilə bağlı qanunvericilikdə dəyişiklərin olduğunu xatırladıb: “Bu çərçivədə polis əməkdaşları peşəkarlıqlarını artırmalıdırlar. Ümid edirəm ki, Azərbaycanda yol təhlükəsizliyi Avropa ölkələrinin səviyyəsinə çatacaq”.

    Sonra xidmətdə fərqlənən 26 yol polisi əməkdaşı tədbir təşkilatçıları tərəfindən mükafatlandırılıb. Bunlar polis mayoru Ülfət Şükürov, polis leytenantı Rasim Əliyev, polis mayoru Mərdan Mehdiyev, polis mayoru Qulu Quliyev, baş serjant Bursax Lazımov, serjant Mayəddin Hüseynov, baş leytenant Ramil Yaqubov,baş serjant Ayxan Allahyarov, baş serjant Kəpəz Mustafayev, baş serjant Məhəmməd İmamverdiyev, leytenant Rəşad Ağayev, baş serjant Elnur Həsənov, kapitan Mehman Əliyev, baş serjant Rəhman Abbasov, leytenant Mehdi Hacıyev, baş serjant İlham Hacıyev, baş serjant Yalçın Mehdiyev, baş serjant Altay Əhmədov, baş serjant Teymur Süleymanov, baş serjant Azər Musayev, baş serjant Oqtay Məmmədov, serjant Eyvaz Gülməmmədov, serjant İqrar Musayev, serjant Xəyal Hüseynov, serjant Elman Soltanovdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi