Yuxarı
    Bağlamaq

    Xətai rayonunda yanan binanın bütün sakinləri evlərinə köçüb - FOTO

    Yanan mənzillər təmir olunub və istifadəyə verilib

    Bakı. 29 iyul. REPORT.AZ/ Xətai rayonu, Zığ şossesi 16 ünvanında yanan binanın bütün sakinləri evlərinə köçüb. "Report"un əməkdaşı binaya baş çəkib, binanın hazırkı vəziyyəti ilə tanış olub, son vəziyyətlə bağlı bina sakinlərinin münasibətini öyrənib.

    Bina sakinləri bildiriblər ki, yanan mənzillərin hamısı təmir olunub və istifadəyə verilib.

    Mənzilləri yanan binanın sakinləri təmir işlərindən razı olduqlarını qeyd ediblər. Evlərinin əvvəlki təmiri ilə indiki vəziyyət arasında böyük fərq olduğunu söyləyiblər.

    Sakinlərdən biri qeyd edib ki, yanan mənzillərin sahibləri 2 ay hər ay üçün 500 manat olmaqla kirayə pulu ilə təmin ediliblər: "Həmin müddətdə də mənzillər təmir olunub təhvil verildi. Hər bir yanan mənzilin sakininə 15 min manat kompensasiya verilib".

    Buna baxmayaraq, sakinlər arasında narazı qalanlar da var: "Yanğın zamanı binanın yanmayan, lakin tüstü və yanğınsöndürənlərin istifadə etdiyi təzyiqli sudan müəyyən zərər çəkən mənzillərində heç bir təmir işləri aparılmayıb və həmin sakinlərə təzminat ödənilməyib".

    FOTO: İsmayıl Nur

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi