Xarici ölkələrin sığorta-pensiya qurumlarından DSMF-yə daxil olan müraciətlərin statistikası açıqlanıb

Xarici ölkələrin sığorta-pensiya qurumlarından DSMF-yə daxil olan müraciətlərin statistikası açıqlanıb DSMF-yə daxil olan 5 101 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib
Sosial müdafiə
4 Fevral , 2015 10:12
Xarici ölkələrin sığorta-pensiya qurumlarından DSMF-yə daxil olan müraciətlərin statistikası açıqlanıb

Bakı. 4 fevral. REPORT.AZ/ Keçən il ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı çoxalıb. Belə ki, 2013-cü il ilə müqayisədə bu qəbildən olan müraciətlər 33,7 faiz artıb.

Bu barədə "Report"a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Keçən il DSMF-yə daxil olan 5 101 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 3 358 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti üstünlük təşkil edən ölkələr sırasında Türkiyə gəlir. Türkiyədən Fonda 169 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədilə konkret tədbirlərin görülməsi istiqamətindədir. DSMF-yə daxil olan digər 1574 müraciət isə ayrı-ayrı xarici ölkələrin və vətəndaşlardan daxil olmuş müraciətlərin payına düşür.

Son xəbərlər

Orphus sistemi