Vüsal Hüseynov: "Miqrasiya Xidmətində qəbullar sonuncu vətəndaşla görüşməyənə qədər bitmir"

Vüsal Hüseynov: "Miqrasiya Xidmətində qəbullar sonuncu vətəndaşla görüşməyənə qədər bitmir" Bakı. 5 oktyabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətində keçirilən qəbullar sonuncu vətəndaşla görüşməyənə qədər bitmir.
Sosial müdafiə
5 Oktyabr , 2018 12:25
Vüsal Hüseynov: Miqrasiya Xidmətində qəbullar sonuncu vətəndaşla görüşməyənə qədər bitmir
Dövlər Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov / Report/ Firi Salim

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Dövlət Miqrasiya Xidmətində keçirilən qəbullar sonuncu vətəndaşla görüşməyənə qədər bitmir".

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "ASAN Radio"nun efirində deyib.

O bildirib ki, hər ayın axırıncı həftəsinin 5-ci günü Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşları qəbul edir: "Qəbula hər bir vətəndaş və əcnəbi şəxs gələ bilər".

V.Hüseynovun sözlərinə görə, qəbula gələnləri şəxsən qəbul edir və dinləyir: "Dövlət Miqrasiya Xidmətində qəbul gecə saatlarınadək davam edir. Nəticə odur ki, biz bütün vətəndaşları qəbul edirik".

Son xəbərlər

Orphus sistemi