Vətəndaşların e-xidmətdən istifadə proseduru sadələşdirilib

Vətəndaşların e-xidmətdən istifadə proseduru sadələşdirilib “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” xidmətinə dəyişiklik edilib
Sosial müdafiə
25 Fevral , 2016 20:20
Vətəndaşların e-xidmətdən istifadə proseduru sadələşdirilib

Bakı. 25 fevral. REPORT.AZ/ “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidmətindən qısa vaxt ərzində 16 585 dəfə istifadə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, nazirlik vətəndaşların bu e-xidmətdən istifadə prosedurunu olduqca sadələşdirilib.

Belə ki, bunun üçün heç bir autenfikasiya vasitəsinə ehtiyac yoxdur. Yəni istənilən şəxs “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılan sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidməti seçməklə, müvafiq bölmələrdə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixlərini qeyd etməklə aidiyyəti məlumatı rahat şəkildə əldə edə bilir. Bu zaman vətəndaşa keçirilmiş sonuncu müayinənin nəticəsi və növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi (əgər əlillik müddətsiz təyin edilibsə o zaman onun müddətsiz olması) ilə bağlı məlumat verilir.

Bu istiqamətdə işlərin davamı kimi, əlillik müayinəsinin nəticəsi barədə məlumatın sadəcə telefon vasitəsilə, nazirliyin 142-“Çağrı mərkəzi”nə zəng etməklə daha asan şəkildə əldə oluna bilməsinə də imkan yaradılıb. Belə ki, Tibbi-Sosial Ekspert Komissiyalarınınəlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsini apardığı istənilən vətəndaş “Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsini yığdıqdan sonra, özünün şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil edərək, aparılmış müayinənin nəticəsi (hansı tarixdə və neçənci dərəcə əlillik qrupunun təyin olunması, əlilliyin nə qədər müddətə müəyyən edilməsi) barədə məlumat ala bilər.

Son xəbərlər

Orphus sistemi