Yuxarı

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin saytının dizaynı dəyişdirilib

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin saytının dizaynı dəyişdirilib
Vətəndaş məmnunluğunun öyrənilməsi üçün sorğu elan olunub

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin veb-saytının (vxsida.gov.az) dizaynı dəyişdirilib.

“Report” xəbər verir ki, hazırda saytda “Agentlik”, “Dövlət xidmətləri”, “Qanunvericilik”, “Beynəlxalq əməkdaşlıq”, “Media”, “Müraciətlər” və “Digər” bölmələr var.

Saytda həmçinin vətəndaş məmnunluğunun müəyyən olunması üçün "Nəzakətli davranış", "Xidmətin şəffaflığı", "Xidmətin operativliyi", "Rahatlıq", "Ətraflı məlumatlandırma" mövzularında sorğu keçirilir. 

Xatırladaq ki, Dövlət Agentliyi Prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi