Vəkilliyə qəbul imtahanının vaxtı açıqlanıb

Vəkilliyə qəbul imtahanının vaxtı açıqlanıb Vəkillər Kollegiyasına sənəd qəbulu başa çatıb
Sosial müdafiə
12 Yanvar , 2018 13:51
Vəkilliyə qəbul imtahanının vaxtı açıqlanıb
Report.az

Bakı. 12 yanvar. REPORT.AZ/ Vəkillər Kollegiyasına üzvlük üçün sənəd qəbulu başa çatıb.

Vəkillərin İxtisas Komissiyasından “Report”a verilən məlumata görə, sənəd verən namizədlərin sayı 2000-ə yaxın olub.

Vəkilliyə namizədlərlə yazılı test imtahanının Dövlət İmtahan Mərkəzi ilə birgə, cari ilin yanvar ayının 28-də keçirilməsi nəzərdə tutulur. İmtahanın yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair məlumatlar yaxın günlərdə mətbuat vasitəsilə veriləcək.

Qeyd edək ki, Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən, Vəkillər Kollegiyasına vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılması tövsiyə olunub. Qeyd olunan tövsiyə ilə bağlı 9 dekabr 2017-ci il tarixdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə sənəd qəbulu prosesi bərpa olunub və Vəkillər Kollegiyasının tarixində ilk dəfə olaraq imtahana hazırlıq proqramı namizədlərin istifadəsinə təqim edilib.

Son xəbərlər

Orphus sistemi