Vəkilliyə namizəd 85 nəfər icbari təlimə buraxılıb

Vəkilliyə namizəd 85 nəfər icbari təlimə buraxılıb Bakı. 22 may. REPORT.AZ/ Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 607 nəfər vəkilliyə namizədin peşə yararlılığının yoxlanılması məqsədilə imtahanın şifahi müsahibə mərhələsi keçirilməkdədir və onlardan növbəti 97 nəfər vəkilliyə namizəd şifahi müsahibə mərhələsində iştirak edib.
Sosial müdafiə
22 May , 2018 19:44
Vəkilliyə namizəd 85 nəfər icbari təlimə buraxılıb
Report.az

Bakı. 22 may. REPORT.AZ/ Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 607 nəfər vəkilliyə namizədin peşə yararlılığının yoxlanılması məqsədilə imtahanın şifahi müsahibə mərhələsi keçirilməkdədir və onlardan növbəti 97 nəfər vəkilliyə namizəd şifahi müsahibə mərhələsində iştirak edib.

Vəkillər Kollegiyasından "Report"a verilən məlumata görə, imtahanın nəticəsinə əsasən, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 85 nəfər vəkilliyə namizəd iyun ayının 4-də Ədliyyə Akademiyasında başlayacaq icbari təlimə buraxılıb.

İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaq. Həmçinin namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.

Son xəbərlər

Orphus sistemi