Valideyn himayəsindən məhrum uşaqlara yaşayış sahələri veriləcək

Valideyn himayəsindən məhrum uşaqlara yaşayış sahələri veriləcək Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələri veriləcək.
Sosial müdafiə
8 May , 2020 12:15
Valideyn himayəsindən məhrum uşaqlara yaşayış sahələri veriləcək

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələri veriləcək.

“Report” xəbər verir ki, bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.

Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi