Vakant notarius vəzifələri üzrə müsahibə mərhələsinin vaxtı açıqlanıb

Vakant notarius vəzifələri üzrə müsahibə mərhələsinin vaxtı açıqlanıb Bakı. 9 dekabr. REPORT.AZ/ Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə keçirilən test imtahanında uğur qazanan namizədlərlə müsahibə dekabrın 19-dan etibarən başlanılacaq.
Sosial müdafiə
9 Dekabr , 2017 14:12
Vakant notarius vəzifələri üzrə müsahibə mərhələsinin vaxtı açıqlanıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə keçirilən test imtahanında uğur qazanan namizədlərlə müsahibə dekabrın 19-dan etibarən başlanılacaq.

Bu barədə "Report"a Ədliyyə Nazirliyi Mətbuat xidmətindən bildirilib. 

Müsahibə Nazirliyin Qeydiyyat və notariat baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Azadlıq prospekti, 72) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə əvvəlcədən məlumat veriləcək.

Xatırladıraq ki, müsahibənin nəticələrinə əsasən elan olunmuş notarius vakansiyası üzrə ən yüksək bal toplamış namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaq.

Son xəbərlər

Orphus sistemi