​Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilir

​Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilir Müsahibədə azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilər
Sosial müdafiə
11 Dekabr , 2014 16:50
​Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilir
Bakı.11 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sabahdan -  dekabrın 12-dən etibarən 9 dövlət orqanında inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan 37 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir. Komissiyadan "Report"a verilən xəbərə görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 36-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə apellyasiya məhkəmə orqanının aparatındadır.

Ümumi müsahibədə vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır) və azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu cari ilin dekabr 12-dən gələn ilin yanvar ayının 5-i saat 18:00-dək Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılır. Sənədlər şəxsən yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin sabahkı sayında və Komissiyanın rəsmi internet saytında veriləcək. 

Son xəbərlər

Orphus sistemi