Vahid əlaqələndirmə mərkəzlərinə 3 250 şəhid ailəsi üzvü və qazi müraciət edib

Vahid əlaqələndirmə mərkəzlərinə 3 250 şəhid ailəsi üzvü və qazi müraciət edib Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılan vahid əlaqələndirmə mərkəzlərinə bu günədək şəhidlərimizin ailə üzvləri, müharibə əlilləri və Vətən müharibəsində xəsarət almış hərbi qulluqçulardan ibarət 3250 şəxs (o cümlədə
Sosial müdafiə
379
15 Noyabr , 2021 15:40
Vahid əlaqələndirmə mərkəzlərinə 3 250 şəhid ailəsi üzvü və qazi müraciət edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report

Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılan vahid əlaqələndirmə mərkəzlərinə bu günədək şəhidlərimizin ailə üzvləri, müharibə əlilləri və Vətən müharibəsində xəsarət almış hərbi qulluqçulardan ibarət 3250 şəxs (o cümlədən Çağrı mərkəzi-142 vasitəsilə 238 şəxs) müraciət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, Bakı şəhərində və Abşeron rayonundakı DOST Mərkəzlərində fəaliyyət göstərən bu mərkəzlərdə qeyd edilən kateqoriyalara aid vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə 21 dövlət orqanı (6 mərkəzi, 15 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir.

Mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimidir:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 999 müraciət;
Müdafiə Nazirliyi üzrə 1335 müraciət;
Səhiyyə Nazirliyi üzrə 67 müraciət;Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 153 müraciət;
Yerli icra hakimiyyəti orqanları üzrə 190 müraciət;
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 66 müraciət;
Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 206 müraciət;
Çağrı mərkəzi-142 vasitəsilə 238 müraciət.

Son xəbərlər

Orphus sistemi