"Qaçqınkom": Vahid aylıq müavinətin artımı 496 557 məcburi köçkünə şamil olunacaq

"Qaçqınkom": Vahid aylıq müavinətin artımı 496 557 məcburi köçkünə şamil olunacaq Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanda vahid aylıq müavinətin artımı 496 557 nəfər məcburi köçkünə şamil olunacaq.
Sosial müdafiə
26 Fevral , 2019 19:33
Qaçqınkom: Vahid aylıq müavinətin artımı 496 557 məcburi köçkünə şamil olunacaq

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanda vahid aylıq müavinətin artımı 496 557 nəfər məcburi köçkünə şamil olunacaq.

Bu barədə "Report"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.

Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya əsasən, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin problemləri davamlı şəkildə həll edilir, onların sosial müdafiəsi gücləndirilir.

Xatırladaq ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanılıb. 2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 2240 manat məbləğində müəyyən olunub. Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 3360 manat təşkil edəcək.

Hazırda məcburi köçkünlərdən 81 476 nəfəri 22 manat, 415 081 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət alır.

Son xəbərlər

Orphus sistemi