ÜST: 2050-ci ilə qədər 60-dan çox yaşı olan insanların sayı iki dəfə artacaq

ÜST: 2050-ci ilə qədər 60-dan çox yaşı olan insanların sayı iki dəfə artacaq İnsanlar uzunömürlü olsalar da, onlar sağlam şəkildə qocalmır
Sosial müdafiə
1 Oktyabr , 2015 20:28
ÜST: 2050-ci ilə qədər 60-dan çox yaşı olan insanların sayı iki dəfə artacaq

Bakı. 1 oktyabr. REPORT.AZ/ 2050-ci ilə qədər 60-dan çox yaşı olan insanların sayı iki dəfə artaraq 2 milyarda çatacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1 oktyabr - Ahıllar günü ilə bağlı yaydığı hesabatda məlumat yer alıb.

Hesabatda qeyd olunur ki, insanlar uzunömürlü olsalar da, onlar sağlam şəkildə qocalmır. Hazırda dünyada 60 yaşdan çox yaşı olan insanların sayı 900 milyondur. Bu rəqəmin 2050-ci ilə qədər təxminən iki dəfə artacağı gözlənilir. Bununla da 60 yaşdan çox yaşı olanların sayı gələcəkdə 2 milyarda çatması gözlənilir. Ümumilikdə isə bir çox ölkədə hər beş nəfərdən biri 60 yaşdan çox yaşı olanlardır.

Hesabatda o da vurğulanıb ki, insanların getdikcə daha çox yaşayır, ancaq bu qeyri-sağlam şəkildə baş verir. Yaşlanan əhalinin bir qismi rahat və sağlam həyat yaşayarkən, bir çox ölkədə yaşlılar ciddi sağlamlıq problemləri ilə qarşılaşır.  

Son xəbərlər

Orphus sistemi