Uşaqların xüsusi təhsil müəssisəsinə aparılıb-gətirilməsi üçün müavinət müəyyənləşdirilib

Uşaqların xüsusi təhsil müəssisəsinə aparılıb-gətirilməsi üçün müavinət müəyyənləşdirilib Bununla bağlı müvafiq qərara dəyişiklik edilib
Sosial müdafiə
24 Aprel , 2015 09:32
Uşaqların xüsusi təhsil müəssisəsinə aparılıb-gətirilməsi üçün müavinət müəyyənləşdirilib

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” qərara dəyişiklik edib.

“Report”un xəbərinə görə, bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 manat həcmində müavinət müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi