Uşaqların ümid yeri - VİDEOREPORTAJ

Uşaqların ümid yeri - VİDEOREPORTAJ Onlara göstərilən himayəçilik digərlərinə olan qayğıdan fərqlənir, çünki bu uşaqlar ana nəvazişindən, ata məhəbbətindən məhrum olublar. Amma onlar taleyin ümidinə buraxılmayıblar və sabaha inamla baxırlar. Çünki bu uşaqların dövlət kimi bir dayağı mövcuddur, onun qoynuna sığınıblar.
Sosial müdafiə
10 May , 2019 11:22
Uşaqların ümid yeri - VİDEOREPORTAJ
Report

Onlara göstərilən himayəçilik digərlərinə olan qayğıdan fərqlənir, çünki bu uşaqlar ana nəvazişindən, ata məhəbbətindən məhrum olublar. Amma onlar taleyin ümidinə buraxılmayıblar və sabaha inamla baxırlar. Çünki bu uşaqların dövlət kimi bir dayağı mövcuddur, onun qoynuna sığınıblar. 

Son 15 ildə Azərbaycanda bütün uşaqların, xüsusən də valideyn himayəsindən məhrum olan və xüsusi qayğıya ehtiyacı olan körpələrin dövlətlə yanaşı, daha bir böyük bir dəstəkçisi, qayğı göstərəni, ümid yeri var - Heydər Əliyev Fondu. Uşaq evlərində yaşayan, təhsil alan azyaşlılara bu ad çox tanışdır. Çünki Heydər Əliyev Fondunun dəstəyi, gördüyü işlər, həyata keçirdiyi layihələr nəticəsində valideyn himayəsindən məhrum olan uşaqların yaşayış şəraiti dəyişib, qaldıqları, təhsil aldıqları binalar əsaslı şəkildə təmir olunub, müasir tələblərə cavab verən avadanıqla təchiz edilib. Ən əsası onlar ailə qayğısı ilə əhatələniblər. Eyni zamanda yeni uşaq, internat evləri, onların məzunları üçün yaşayış binaları tikilərək istifadəyə verilib.

Azərbaycan üçün əlamətdar olan bütün günlərdə, bayramlarda Heydər Əliyev Fondu uşaq evlərində, internatlarda bayram şənlikləri təşkil edir, uşaqlara sovqat göndərir, valideyn himayəsindən məhrum olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ölkənin ən böyük saraylarında bayram tədbirləri keçirir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva özü şəxsən bu bayram şənliklərində iştirak edir, uşaqların sevincinə şərik olur, qayğılarına qalır.

Bakıdakı 1 nömrəli uşaq evinə baş çəkən "Report"un əməkdaşları uşaqların Heydər Əliyev Fonduna olan xoş münasibətlərinin, fonda böyük ümid yeri kimi baxmalarının şahidi olub.

Direktor Nərminə Zöhrabova deyir ki, hazırda uşaq evində 110 uşaq yaşayır: “Bizim uşaq evi 1961-ci ildən fəaliyyət göstərir. Bura valideyn himayəsindən məhrum olan uşaqların yaşadığı evdir. Onlar həm də 220 nömrəli tam orta məktəbdə təhsil alırlar. Uşaqların arasında valideynlərini itirmiş, müəyyən səbəblərə görə valideynlərinin yanında yaşaya bilməyənlər var. Burada olan uşaqların ən balacasının 3 yaşı, ən böyüyünün isə 17 yaşı var”. 

Onun sözlərinə görə, 1 nömrəli uşaq evinin sakinləri Heydər Əliyev Fondu tərəfindən qayğısı, onların doğma münasibəti ilə əhatə olunublar: “Heydər Əliyev Fondu yarandığı 2004-cü ildən, ümumilikdə, bütün uşaq evlərinə diqqət göstərməyə başlayıb. Bir sözlə, fondun dəstəyi ilə müəssisələrdə hər cür şərait yaradılıb”.

Bakıdakı 2 nömrəli uşaq evinin direktoru Sevda Hacıyeva isə “Report”a açıqlamasında bildirib ki, müəssisədə 133 uşaq yaşayır: “Bura o uşaqların evidir. Onlar burada öz evlərindəki kimi yaşayır, qidalanır və tərbiyə alırlar. Bizim müəssisədə ən balaca uşağın 3 yaşı, ən böyüyün isə 16 yaşı var. Təbii ki, Heydər Əliyev Fondu bizim müəssisəyə və uşaqlara çox böyük qayğı göstərir. Mütəmadi olaraq, fond tərəfindən bizim uşaqlar üçün tədbirlər, şənliklər, ekskursiyalar təşkil olunur. Burada yaşayan qızlarımızdan biri Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq müsabiqədə fərqləndiyi üçün fond tərəfindən ona 18 yaşına qədər aylıq müavinət təyin olunub”. 

Direktorun sözlərinə görə, Heydər Əliyev Fondu uşaq evinə sərnişin avtobusu da hədiyyə edib: “Eyni zamanda uşaq evinin sakinləri üçün Zirə qəsəbəsində “Dalğa" yay düşərgəsi inşa edilib. Kitabxanamız müxtəlif kitablarla təmin olunub".

Video: Rəşad Tuncay 

Son xəbərlər

Orphus sistemi