UNİSEF rəsmisi: "Dünyada uşaqların 50-70%-i psixoloji, seksual və fiziki zorakılığın qurbanı olur"

UNİSEF rəsmisi: "Dünyada uşaqların 50-70%-i psixoloji, seksual və fiziki zorakılığın qurbanı olur" Erkən uşaqlıq inkişafına qoyulan sərmayələr öz töhfəsini yaxşı verir. Hazırda bu sahələrə nəhəng sərmayələr qoyulur. Ancaq hələ də 4 milyon uşaq bu sahəyə çıxışı təmin edə bilmir.
Sosial müdafiə
112
2 May , 2019 12:45
UNİSEF rəsmisi: Dünyada uşaqların 50-70%-i psixoloji, seksual və fiziki zorakılığın qurbanı olur
UNİSEF-də Uşaq müdafiəsi, Avropa və Mərkəzi Asiya üzrə baş regional məsləhətçi Aaron Qrinberq / Report / Elchin Murad

"Erkən uşaqlıq inkişafına qoyulan sərmayələr öz töhfəsini yaxşı verir. Hazırda bu sahələrə nəhəng sərmayələr qoyulur. Ancaq hələ də 4 milyon uşaq bu sahəyə çıxışı təmin edə bilmir".

"Report" xəbər verir ki, bu fikirləri UNİSEF-də Uşaq müdafiəsi, Avropa və Mərkəzi Asiya üzrə baş regional məsləhətçi Aaron Qrinberq V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda keçirilən beynəlxalq təşkilatların yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sərmayələr uzun müddətli nəticələr əldə etmək üçün qoyulur: "Bir çox dövlətin apardığı tədqiqatlarda çox sayda uşaqların zorakılığa məruz qaldıqları görünür. Dünyada uşaqların 50-70%-i psixoloji, seksual və fiziki zorakılığın qurbanı olur. Erkən uşaqlıq təməl xidmətlərin təmin olunması olduqca vacibdir. Cəmiyyətə izah edilməlidir ki, uşaqlara qarşı bütün zorakılıq növləri aşağı salınmalıdır".

Son xəbərlər

Orphus sistemi