Uşaqlara həsr edilmiş “Mənim səsim, mənim hüquqlarım” adlı tədbir keçirilib

Uşaqlara həsr edilmiş “Mənim səsim, mənim hüquqlarım” adlı tədbir keçirilib Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim, mənim hüquqlarım” adlı tədbir keçirilib.
Sosial müdafiə
1 İyun , 2022 12:26
Uşaqlara həsr edilmiş “Mənim səsim, mənim hüquqlarım” adlı tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim, mənim hüquqlarım” adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Uşaq Səfirlər Məclisinin üzvü Riyad Vəliyev, Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, müxtəlif istiqamətlər üzrə dünya kuboku qazanan şagirdlər və şəhid övladları iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Aynur Sofiyeva çıxışında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən danışıb: "Bizim üçün daha çox düşünməli gündür. Biz daha çox düşünməliyik ki, uşaqlar yaxşı təhsil, səhiyyə xidməti alsın, sağlam böyüsün. Hər birimiz öz sahəmizdə çalışırıq ki, sizin üçün daha yaxşı gələcək qurulsun, hüquqlarınız müdafiə edilsin".

Daha sonra uşaqların rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib və yaradıcı uşaqların ifasında müxtəlif musiqilər səsləndirilib.

Eyni zamanda Uşaq Səfirlər Məclisinin üzvlərinin hesabatı dinlənilib, onların fəaliyyətini özündə əks etdirən vebsəhifə istifadəçilərə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi