Ünvanlı yardım təyinatı bitən ailələr üçün müddət uzadıldı

Ünvanlı yardım təyinatı bitən ailələr üçün müddət uzadıldı Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi proseduru sadələşdirilib.
Sosial müdafiə
23 İyun , 2020 14:04
Ünvanlı yardım təyinatı bitən ailələr üçün müddət uzadıldı

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi proseduru sadələşdirilib.

“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, ölkəmizdə martın 1-dən etibarən xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsi 2020-ci il 1 iyul tarixinədək uzadılır.

Son xəbərlər

Orphus sistemi