Ünvanlı sosial yardımın verilməsi ilə bağlı müəy­yən məhdudiyyətlər götürülüb

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı müəy­yən məhdudiyyətlər götürülüb Nazir: "Bunlar çox mühüm dəyişiklikl­ərdir ki, son qərarlarda öz əksini tapıb­"
Sosial müdafiə
22 Fevral , 2016 12:18
Ünvanlı sosial yardımın verilməsi ilə bağlı müəy­yən məhdudiyyətlər götürülüb

Bakı. 22 fevral. REPORT.AZ/ Əmək və Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımın verilməsi ilə bağlı müəy­yən məhdudiyyətləri aradan qaldırıb.

"Report" xəbər verir ki, bunu jurnalist­lərə açıqlamasında əmək və əhalinin sos­ial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir xatırladıb ki, ötən illərdə Azərbaycanda ailənin banklara və kredit təşkilatlarına ödədiyi aylıq ödəmənin məbləği həmin ailənin orta aylıq gəlirinin yarısından çox olurdusa, həmin ailənin ünvanlı sosial yardımla bağlı müraciəti ilə bağlı "imtina" qərarı verilirdi: "Artıq bu məhdudiyyət­ aradan qaldırılıb. Yeni qaydalarda bu məhdudiyyət yoxd­ur. İkinci bir məhdudiyyət ondan ibarət idi ­ki, əgər ailənin ali məktəblərdə və ya orta ixtisas məktəblərində ödənişli təh­sil alan üzvü var idisə və ailə onun üçün əvvəlki 12­ ay ərzində minimum əmək haqqının 10 mislin­dən çox ödəniş etmişdisə, bu halda ailəni­n ünvanlı sosial yardım almaq hüququ olmurdu. Bu məhdudiyyət də aradan qaldırılıb,­ amma bir şərtlə, əgər belə bir ödəmə olu­nubsa onda bu, ailənin gəlirlərinə ünvanlı­ sosial yardım hesablanan zaman daxil ediləcək­. Deməli, o ailənin gəlirləri olub ki, həmin ­gəlirləri qeyd olunan məqsəd üçün yönəldib. Ma­raqlı deyil ki, ailə bu gəliri hansı mənbədən­ əldə edib. Bunlar çox mühüm dəyişiklikl­ərdir ki, son qərarlarda öz əksini tapıb­".

Son xəbərlər

Orphus sistemi