Yuxarı
    Bağlamaq

    Nazir: "Ünvanlı sosial yardımın məbləğini artırmaq olar"

    Bunun üçün imkanlar var© Report.az

    Bakı. 29 mart. REPORT.AZ/ "Ünvanlı sosial yardımın məbləğini artırmaq olar". 

    “Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib.

    Onun sözlərinə görə, bu gün Avropa ölkələrində kənd təsərrüfatına çox böyük dotasiyalar verilir: “Azərbaycanda bu sahənin inkişafı üçün tədbirlər görülür. Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən böyük üzüm sahələri salındı. Ancaq 80-ci illərdə Qorbaçov tərəfindən alkoqolizmə qarşı mübarizə adı altında bütün üzüm sahələri məhv edildi. Bu gün 100 ha üzüm sahəsi salmaq üçün 1 milyon dollardan çox vəsait lazımdır".

    Nazir bildirib ki, kənd təsərrüfatı sahəsində əhalinin işlək təbəqəsinin 36,7 faizi formalaşıb: "Onları əməyə cəlb etmək lazımdır. Lazım olsa onlar üçün verilən ünvanlı sosial yardımın məbləğini artırmaq olar. Vətənaşlara kifayət qədər vəsait də vermək mümkündür. Bunun üçün imkanlar var. Lakin bu deqradasiyaya gətirib çıxara bilər. Bununla da insanlar işləməkdən yorularlar”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi