Ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilir

Ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat ayrılıb
Sosial müdafiə
172
25 Yanvar , 2016 18:39
Ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilir

Bakı. 25 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədilə cari ilin dövlət büdcəsində Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat ayrılıb. 

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi