Yuxarı
    Bağlamaq

    YUNİSEF Azərbaycanda cinayət törədən uşaqlar üçün həbs müddətinin aşağı salınmasını təklif edir

    “Azərbaycanda əhali arasında orqanizmdə dəmir çatışmazlığı problemi özünü göstərir”

    Bakı. 15 dekabr. REPORT.AZ/ “Azərbaycanda cinayət törədən uşaqlar üçün yuxarı həbs müddətinin 10 ildən 8 ilə endirilməsi yaxşı olardı”.

    “Report”un xəbərinə görə, bu təklifi YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin Milli Məclisdə “Uşaqlar üçün qanunvericilik: Milli Məclis YUNISEF əməkdaşlığı” mövzusunda keçirilən tədbirdə deyib.

    Edvard Karvardin qeyd edib ki, bu, uşaq hüququ ilə bağlı uğurlu addım olar.

    O bildirib ki, uşaqların övladlığa götürülməsi üçün göstərilən səyləri dəstəkləmək lazımdır: “Azərbaycanda əhali arasında orqanizmdə dəmir çatışmazlığı problemi özünü göstərir. Azərbaycanda hər üç qadından birinin dəmir çatışmazlığı problemi var. Ona görə də həm hamilə qadınlar, həm də gənclər arasında sağlamlıqla bağlı müəyyən problemlər özünü göstərir”.

    O, uşaqların rifah səviyyəsinin yüksəldilməsi üçün YUNİSEF-in gələcəkdə də Azərbaycana xidmət etməyə hazır olduğunu vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi