Ötən il Naxçıvanda 21 uşaq qəyyumluğa, himayəyə və övladlığa verilib

Ötən il Naxçıvanda 21 uşaq qəyyumluğa, himayəyə və övladlığa verilib Bakı. 31 yanvar. REPORT.AZ/ Ötən il Naxçıvan Muxtar Respubikasında 10 uşaq qəyyumluq və himayəyə verilib.
Sosial müdafiə
31 Yanvar , 2019 02:22
Ötən il Naxçıvanda 21 uşaq qəyyumluğa, himayəyə və övladlığa verilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Ötən il Naxçıvan Muxtar Respubikasında 10 uşaq qəyyumluq və himayəyə verilib.

"Report" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Ramilə Seyidova bildirib.

O, qeyd edib ki, həmin uşaqların evlərində monitorinqlər təşkil olunub, onlara lazımi köməklik göstərilib.

Bundan əlavə, bayram günlərində və tədbirlərdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan 720 uşağa hədiyyə və sovqatlar verilib, 15 sentyabr – Bilik Günü ilə əlaqədar xüsusi kateqoriyadan olan 394 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunublar. 2018-ci il həmçinin muxtar respublikada 11 uşaq övladlığa verilib.

Ötən il uşaqların sağlamlıqlarının qorunması diqqətdə saxlanılıb, sərhəd zonalarında yerləşən ucqar dağ kəndlərində 12 min 359 uşaq müayinə olunub.

Bununla yanaşı, uşaqların icbari dispanserizasiyası zamanı 21 min 956 uşaq müayinə edilib, 278 nəfər müxtəlif xəstəliklərə görə dispanser qeydiyyatına alınıb. 2018-2019-cu tədris ilində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müxtəlif ixtisaslar üzrə 990 şagird qəbul olunub. 

Qeyd edək ki, ötən il Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 483 mln. 431 min 600 ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi