Üç rayonun polis şöbəsi səyyar xidmət keçirib

Üç rayonun polis şöbəsi səyyar xidmət keçirib 1061 nəfərin sənədləri qəbul edilib
Sosial müdafiə
12 Fevral , 2016 10:30
Üç rayonun polis şöbəsi səyyar xidmət keçirib

Bakı. 12 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə şəhər və rayonlarda şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Bu barədə “Report”a DİN-in mətbuat ximətindən məlumat verilib.

İşin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbirlər Göygöl, Tovuz və Qazax Rayon Polis şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub.

Göygöl, Tovuz və Qazax rayonlarının Ermənistanla həmsərhəd bir sıra kəndlərində keçirilmiş səyyar xidmətlər zamanı yeni şəxsiyyət vəsiqələrinin verilməsi məqsədilə həmin bölgələrdə yaşayan ümumilikdə 1061 nəfərin sənədləri qəbul edilib.

“Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir”, - DİN-dən bildirilib. 

Son xəbərlər

Orphus sistemi