Türkiyəyə göndərilən daha 3 qazi sağalaraq Vətənə döndü

Türkiyəyə göndərilən daha 3 qazi sağalaraq Vətənə döndü Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə geri dönüb.
Sosial müdafiə
209
10 May , 2021 20:44
Türkiyəyə göndərilən daha 3 qazi sağalaraq Vətənə döndü

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə geri dönüb.

Fonddan " Report"a verilən məlumata görə, qazilərimiz Rəsulov Elşad Əlimurad oğlunun, Nəzərov Nail Faiq oğlunun və Musayev Bəhman Natiq oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 70 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Allah qazilərimizə şəfa versin!

Son xəbərlər

Orphus sistemi