Türkiyə İƏT Əmək Mərkəzinin yaradılması təşəbbüsünə qoşulan ilk ölkə olub

Türkiyə İƏT Əmək Mərkəzinin yaradılması təşəbbüsünə qoşulan ilk ölkə olub Mərkəzin mənzil-qərargahı Bakıda yerləşəcək
Sosial müdafiə
12 İyul , 2017 09:36
Türkiyə İƏT Əmək Mərkəzinin yaradılması təşəbbüsünə qoşulan ilk ölkə olub

Bakı. 12 iyul. REPORT.AZ/ Türkiyə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin yaradılması təşəbbüsünə qoşulan ilk ölkə olub.

"Report" xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İƏT-ə üzv ölkələrdən ilk olaraq bu təşəbbüsə qoşulmaq üzrə hazırlanmış sənədi imzalayıb.

Xatırladaq ki, Mərkəzin yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Dövlət başçısı 2013-cü il aprelin 25-26-da Bakıda baş tutan İƏT ölkələrinin əmək nazirlərinin ikinci konfransı çərçivəsində belə təşəbbüslə çıxış edib.

Mərkəzin əsas məqsədi İƏT üzvü olan ölkələrin əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı, üzv dövlətlərin müvafiq strukturlarının və İƏT-in digər təşkilatların fəaliyyətinin koordinasiyası, iş şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli iş yerinin təmin edilməsi, İƏT-ə üzv ölkələrdə məşğulluq və sabit sosial müdafiə sisteminin formalaşdırılması səylərini birləşdirmək olacaq.

Mərkəzi mənzil-qərargahı Bakıda yerləşəcək.

Son xəbərlər

Orphus sistemi