Yuxarı

Tovuzda Qarabağ əlillərinə yeni mənzillər verilib - FOTO

​Mənzillər müasir istlik sistemləri, qaz və elektirik xəttləri ilə təmin olunub

Tovuz. 15 iyun. REPORT.AZ/ Tovuz rayonunda Qarabağ əlililərinə yeni mənzillər verilib. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Aşağı Quşçu kəndində Qarabağ əlilləri Tahir Həsənov, Habil İsgəndərov və  Aşağı Öysüzlü kəndində Fazil Hacıyevə yeni evlərin açarları təqdim edilib. Müasir standantdartlara cavab verən fərdi evlər 3 otaq, mətbəx və eyvandan ibarətdir.
Mənzillər müasir istlik sistemləri, qaz və elektirik xəttləri ilə təmin olunub.

Yeni mənzillərin təqdimetmə mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Natiq Əzizov Tovuzda daha 3 mənzilin tikintisnin tamamlanmaq üzrə olduğunu diqqətə çatdırıb. 

O qeyd edib ki, ilin sonuna qədər 3 Qarabağ əlili üçün fərdi evlərin tikintisinə başlanılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi