Ticarət obyektlərində spirtli içki və siqaretin yetkinlik yaşına çatmayanlara satışını qadağan edən elan yerləşdiriləcək

Ticarət obyektlərində spirtli içki və siqaretin yetkinlik yaşına çatmayanlara satışını qadağan edən elan yerləşdiriləcək Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb
Sosial müdafiə
18 May , 2018 00:35
Ticarət obyektlərində spirtli içki və siqaretin yetkinlik yaşına çatmayanlara satışını qadağan edən elan yerləşdiriləcək

Bakı. 18 may. REPORT.AZ/ Ticarət obyektlərinin girişində etil (yeyinti) spirti, alkoqollu içki və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satışını qadağan edən elan yerləşdiriləcək.

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarda bildirilir:

"Etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının satışını həyata keçirən ticarət (xidmət) obyektlərinin giriş hissəsində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edildiyini əks etdirən elan yerləşdirilməlidir”.

Son xəbərlər

Orphus sistemi