Təmas xəttinə yaxın rayonların uşaqları üçün yay düşərgəsinə start verilib

Təmas xəttinə yaxın rayonların uşaqları üçün yay düşərgəsinə start verilib Düşərgə avqustun 3-nə kimi davam edəcək
Sosial müdafiə
21 İyul , 2015 14:55
Təmas xəttinə yaxın rayonların uşaqları üçün yay düşərgəsinə start verilib

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusilə təmas xəttinə yaxın rayonlardan olan uşaqlar üçün növbəti yay düşərgəsinə start verilib. Bu barədə "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, Gənclər və İdman Nazirliyi ilə birlikdə Ağdam, Tərtər, Füzuli, Daşkəsən rayonlarından olan uşaqlar üçün Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq mərkəzində növbəti yay düşərgəsinə start veriblər. Yay düşərgəsi avqustun 3-nə kimi davam edəcək. Düşərgə yuxarıda qeyd olunan rayonların Ermənistanla həmsərhəd kəndlərindən olan 10-16 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, yay düşərgəsi zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə fərdi proqramlar həyata keçirilməsi və təlimlərin təşkili, həmçinin qrup işləri, fərdi liderlik qabiliyyətlərinin və biliklərin artırılması və digər sahələrdə uşaqların imkanlarının artırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi