Yuxarı

"Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daha bir nazirlik qoşulur

Nazirlik üçün zəruri olan məlumatların qısa müddət ərzində, elektron formada əldə edilməsi təmin olunacaq

Bakı. 21 iyul. REPORT.AZ/ "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daha bir nazirlik qoşulur. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Məlumata görə, Azərbaycan Prezidentinin fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu sistemdən yararlana biləcək. Nəticədə həmin dövlət qurumu üçün zəruri olan məlumatların qısa müddət ərzində, elektron formada əldə edilməsi təmin olunacaq.

Qeyd edək ki, Prezidentin "Tələbə-məzun dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və 2005-ci il 6 aprel tarixli 219 nömrəli fərmanla təsdiq edilən "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında 2010-cu il 23 fevral tarixli 225 nömrəli fərmanı İKT - dən istifadəni nəzərdə tutmaqla təhsilin daha səmərəli idarə olunmasına və dövlət orqanları arasında informasiya mübadiləsinin xeyli dərəcədə sürətləndirilməsinə böyük töhfə olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi