ƏƏSMN-in xidmət müəssisələrində tam dövlət təminatında yaşayan şəxslərın sayı açıqlanıb

ƏƏSMN-in xidmət müəssisələrində tam dövlət təminatında yaşayan şəxslərın sayı açıqlanıb Həmin şəxslərdən 336 nəfəri 18 yaşadək uşaqlardır
Sosial müdafiə
14 Oktyabr , 2015 11:21
ƏƏSMN-in xidmət müəssisələrində tam dövlət təminatında yaşayan şəxslərın sayı açıqlanıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu ilin oktyabrın 1-i tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmətlərlə təmin olunanların sayı 1 072 nəfərdir. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, həmin şəxslərdən 336 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır və nazirliyin Bakının Şağan qəsəbəsindəki 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tam dövlət təminatında yaşayırlar.

Qalan 736 nəfər isə nazirliyin müvafiq sosial xidmət müəssisələrində daimi yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar.

Son illərdə bir sıra sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılıb və bir qisim belə müəssisələrdə bu yöndə işlər davam etdirilir.

Sosial xidmət müəssisələrində yaşayanların doğma ailə mühitinə qaytarılmaları, de-institusionalizasiya tədbirləri də davam etdirilir. Bu ilin 9 ayında bu müəssisələrdə yaşayan şəxslərdən ümumilikdə 52 nəfər doğma ailələrinə qayıdıb ki, onlardan 20 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar olub.

Son xəbərlər

Orphus sistemi