Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 16 il ərzində ölkədə ümumi daxili məhsul istehsalı 3,4 dəfə, o cümlədən qeyri neft-qaz sektoru üzrə 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri neft-qaz sənayesi üzrə 2,7 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 2,9 dəfə, yük daşınması 2,1 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 14,2 dəfə, dövlət büdcəsinin gəlirləri 20 dəfə, xərcləri 19,8 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, minimum əməkhaqqı 27,8 dəfə, əmək pensiyasının minimum məbləği 10 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, o cümlədən idxal 5,2 dəfə, ixrac 7,6 dəfə, qeyri neft-qaz məhsullarının ixracı 5,2 dəfə artıb.
“Report” xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qurumda keçirilən kollegiya iclasında deyib.
Onun sözlərinə görə, son 16 ildə Azərbaycanda işsizlik səviyyəsi 9,2%-dən 4,8%-ə, yoxsulluq səviyyəsi 44,7%-dən 4,8%-ə enib, 2,369 milyon iş yeri yaradılıb.