Sumqayıtda sürücü qadınlarla və piyadalarla bağlı qeyri-adi reyd keçirildi - FOTO

Sumqayıtda sürücü qadınlarla və piyadalarla bağlı qeyri-adi reyd keçirildi - FOTO Sumqayıtda yol polisləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qeyri-adi reyd keçirib.
Sosial müdafiə
1603
8 Mart , 2020 15:02
Sumqayıtda sürücü qadınlarla və piyadalarla bağlı qeyri-adi reyd keçirildi - FOTO

Sumqayıtda yol polisləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qeyri-adi reyd keçirib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, reyd şəhərin Sülh Prospektində təşkil edilib

Qayda pozan qadın sürücülər yol polisləri tərəfindən saxlanılıb, onlara qayda pozuntuları izah edilib, lakin cərimə əvəzinə hədiyyələr verilib. Onlar qayda pozduqları üçün saxlanılsalar da, yol polisi əməkdaşları qadın sürücülərə cərimə protokolu əvəzinə gül və iki nəfərlik şam yeməyi bileti təqdim ediblər.

Sükan arxasında əyləşən qadınlarla yanaşı, piyada keçidindən düzgün keçməyən xanımlar da yol polisi tərəfindən saxlanılıb və onlara da hədiyyələr təqdim edilib.

Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ-dən bildirilib ki, hər il olduğu kimi, bu il də Sumqayıtda qadın sürücülərlə bağlı belə bir tədbir keçirilib. Hədiyyə alan xanımlar onları belə bir əziz gündə təbrik edən yol polislərinə təşəkkürlərini ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi