Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə vəsait ayrılıb

Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə vəsait ayrılıb Prezident İlham Əliyev Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sosial müdafiə
21 Noyabr , 2019 16:11
Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə vəsait ayrılıb

Prezident İlham Əliyev Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi