Azərbaycanda sosial sığorta haqları ödəyən insanların fərdi hesablarda olan kapitalları 2 dəfə artırılacaq

Azərbaycanda sosial sığorta haqları ödəyən insanların fərdi hesablarda olan kapitalları 2 dəfə artırılacaq Bəzi şəxslərin pensiya alması üçün staj məhdudiyyəti ləğv edilə bilər
Sosial müdafiə
30 Sentyabr , 2015 10:52
Azərbaycanda sosial sığorta haqları ödəyən insanların fərdi hesablarda olan kapitalları 2 dəfə artırılacaq

Bakı. 30 sentyabr. REPORT.AZ/ “Azərbaycanda hazırda sosial sığorta haqları ödəyən insanların fərdi hesablarda olan kapitalları 2 dəfə artırılacaq”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

“Həmçinin tədbirlər çərçivəsində hazırkı dövrə qədər ödənilmiş pensiya kapitallarının da 2 dəfə artırılması nəzərdə tutulur. Təyin olunan pensiyaların məbləğinin sığorta kapitalına bağlılığı prinsipi bizə daha yüksək pensiya məbləği təyin etməyə imkan verəcək. Həmçinin, bir sıra stimullaşdırıcı tədbirlər də nəzərdə tuturuq. Yuxarı sosial sığorta haqqı ödəyib bəlli kapitala malik insanların staj tələbindən azad olunması məsələsinə isə baxacağıq”, - DSMF sədri bildirib.

Son xəbərlər

Orphus sistemi