Sosial sığorta gəlirlərinin artımı DSMF-yə dövlət büdcəsindən ayrılan transfertin azalmasına səbəb olub

Sosial sığorta gəlirlərinin artımı DSMF-yə dövlət büdcəsindən ayrılan transfertin azalmasına səbəb olub Bu ilin yanvar-iyun aylarında Fondun sosial sığorta gəlirləri artıb
Sosial müdafiə
7 Avqust , 2015 19:15
Sosial sığorta gəlirlərinin artımı DSMF-yə dövlət büdcəsindən ayrılan transfertin azalmasına səbəb olub

Bakı. 7 avqust. REPORT.AZ/ "Hazırda Azərbaycanın sığorta-pensiya sistemi tam özü-özünü maliyyələşdirir və bundan əlavə sosial-sığorta ilə bağlı olmayan dövlət öhdəliklərinin qarşılanmasına da vəsait ayırır". "Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. 

Sədrin sözlərinə görə, ödənilən pensiya məbləğlərinin bir hissəsini 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər, həmçinin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmayan əlavələr təşkil edib: "Bu xərclərin illik məbləği təqribən 1,5 milyard manatdır. Dövlət büdcəsindən ayrılan illik transfertin həcmi isə 1,1 milyard manat olmaqla həmin dövlət öhdəliklərindən əhəmiyyətli şəkildə aşağıdır, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir".  

E. Mehdiyev əlavə edib ki, bu ilin yanvar-iyun aylarında Fondun sosial sığorta gəlirləri artıb: "Sosial sığorta gəlirləri 8 faiz artaraq 870,2 milyon manat təşkil edib. Bu daxilolmaların 65,3 faizi və ya 568,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu da əvvəlki ilin birinci yarısına nisbətən 9,5 faiz və ya 49 milyon manat yuxarıdır. Bu artım dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon manat azalmasına səbəb olub".

Son xəbərlər

Orphus sistemi