Sosial müavinətlərin, təqaüd və kompensasiyaların təyinatı üçün təqdim edilən sənədlərin qaydalarına dəyişiklik edib

Sosial müavinətlərin, təqaüd və kompensasiyaların təyinatı üçün təqdim edilən sənədlərin qaydalarına dəyişiklik edib Bakı. 30 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına dəyişiklik edib.
Sosial müdafiə
30 Dekabr , 2017 01:05
Sosial müavinətlərin, təqaüd və kompensasiyaların təyinatı üçün təqdim edilən sənədlərin qaydalarına dəyişiklik edib

Bakı. 30 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"na dəyişiklik edib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Dəyişikliyə əsasən işsizlik müavinəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət) sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarından çıxarılıb.

İşsizlik müavinətinin təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsinin, baxılmasının və saxlanılmasının Nazirlər Kabinetinin 2002-ci il qərarı ilə təsdiq edilmiş "İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydaları" ilə tənzimlənməsi ləğv edilib.

Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi