“Sosial layihələr” müsabiqəsi çərçivəsində Şamaxıda ikinci yaşlılar festivalı keçirilib

“Sosial layihələr” müsabiqəsi çərçivəsində Şamaxıda ikinci yaşlılar festivalı keçirilib Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində Şamaxıda ikinci yaşlılar festivalı keçirilib.
Sosial müdafiə
1363
14 Sentyabr , 2021 13:18
“Sosial layihələr” müsabiqəsi çərçivəsində Şamaxıda ikinci yaşlılar festivalı keçirilib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində Şamaxıda ikinci yaşlılar festivalı keçirilib.

“Report” xəbər verir ki, festivalda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları, Şamaxı şəhər Ağsaqqallar Şurasının sədri, “Regional İnkişaf” İctimai Birliyi, "Kapital Bank" və “Üçüncü Bahar” İctimai Birliyinin nümayəndələri, digər qonaqlar iştirak ediblər.

Tədbir zamanı Şamaxı şəhərində fəaliyyət göstərən “YAŞA” mərkəzinin üzvlərinin qurama, rəsm, toxuma, dekorativ güllər, oyuncaqlar, vitraj, taxta üzərində oyma və s. üzrə əl işlərinin sərgisi təşkil olunub, həmçinin festivala qatılan qonaqların iştirakı ilə masaüstü oyunlar, ustad dərsləri keçirilib.

Tədbirin bədii hissəsində, “Bahar ahəngi” yaşlılardan ibarət xor kollektivinin və yaşlı nəsil nümayəndələrinin musiqi ifaları dinlənilib, poeziya səhnəciyi nümayiş olunub. Tədbir “Bir yaşlının hekayəsi” monoloqu ilə başa çatıb.

Xatırladaq ki, “Sosial layihələr” müsabiqəsi çərçivəsində ilk yaşlılar festivalı Bakı şəhərində keçirilmişdi.

Qeyd edək ki, “YAŞA” mərkəzin əsas məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0555165002 ve 0557042018 nömrələrinə və ya www.teqaudchu.az saytına müraciət etmək olar.

Son xəbərlər

Orphus sistemi